Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-04-2024 , 16:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi vergi yığımına müsbət təsir edib


Sabunçu rayonu Nardaran bələdiyyəsinin 2023-cü ildə gördüyü işlər barədə hesabatı təqdim edərkən bildirmək istərdim ki, bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur. İlk olaraq Yerli büdcə barədə məlumat vermək istərdim. 2023-ci il üzrə gəlirləri  145.000    manat nəzərdə tutulmuşdur.  Rəqəmlərdən göründüyü kimi bələdiyyə büdcəsinə fiziki şəxslərdən torpaq vergisi üzrə  37.314,29  manat, əmlak vergisi üzrə  55.971.42    manat, dövlət büdcəsindən isə   7000,0    manat dotasiya daxil olmuşdur. Ümumilikdə 2023-cü il ərzində büdcəyə 100.285,71   manat vəsait daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Belə ki, 47.740,73 manat daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əməkhaqqına, 11.582,14 manat DSMF-ə, 1778.40 manat icbari tibbi sığortaya, 600,00 manat Azərbaycan Ordusuna Yardım Fonduna, 1080,00 manat AQBMA üzvülük haqqına, 100,00 manat plastik əməkhaqqı kartına görə, 12.870,00 manat abadlıq işlərinə, 200 manat maddi yardıma, 30 manat biznes kartının alınmasına, 2.417.2 manat çıxarışların alınmasına, 2.750 manat mini ATS sisteminin quraşdırılmasına, 7.073.8 manat istilik sisteminin çəkilməsinə, 2.375 manat kompüter avadanlıqları və printerin alınması, 2.794 manat mal-materialların alınmasına, 1615,00 manat audit xidmətinə, 108,24 manat işçilərin icbari sığortasına, 1048,80 qəzetlərə abunəyə, 1600,00 manat Kürdəxanı bələdiyyəsinə olan borca görə, 656,41 manat xidmət haqqına sərf edilmişdir. Ümumilikdə 2023-cü il ərzində xərclərin cəmi 98419,72 manat olmuşdur. 31.12.2024-cü ilə qalıq isə 5116.23 manat təşkil etmişdir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə   10 şəxs barədə müraciət olunmuşdur. Bunlarla yanaşı “Softline Azərbaycan” MMC-ilə bağlanmış müqavilə əsasında vergi ödəyicilərinə göndərilən SMS bildirişlər vergi daxilolmalarına müsbət təsirini göstərmiş, bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Qeyd  edim ki, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” ilə “Daşınmaz Əmlakın Dövlət Reystri Xitməti” arasında yaradılmış inteqrasiya  bələdiyyəmizin vergi yığımında müsbət rol oynamışdır. Belə ki, sistemindən ümumilikdə 1.214 məlumat alınmış və sistemə vurulmuşdur.

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Nardaran bələdiyyəsi tərəfindən 22 ümumi iclas keçirilərək 66 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Hesabat dövründə vətəndaşlardan, ayrı-ayrı təşkilatlardan daxil olmuş məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır. İl ərzində Nardaran bələdiyyəsinə 90 ədəd məktub, 197 ədəd ərizə daxil olmuş və müxtəlif təşkilatlara, qurumlara, vətəndaşlara 116 sayda məktub göndərilmiş, 233 ədəd arayış verilmişdir

2023-cü ilin “Heydər Əliyev” ili  olması ilə əlaqədar “Ümummilli Liderin” anadan olmasının 100 illiyi münasibəti ilə bələdiyyəmizin təşəbbüsü ilə Sabunçu bələdiyyələri arsında futbol turniri keçirilmiş, ağacəkmə aksiyalarında iştirak etilmişdir.

Bələdiyyə tərəfindən müvafiq qumlarla müqavilə bağlanaraq qəsəbə daxili bəzi yollarda abadlıq işləri aparılmışdır.

Ə.Ə.Ağayev

Sabunçu rayonu Nardaran Bələdiyyəsinin sədri                      

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024